İxrac edilən bəzi neft-qaz məhsullarının həcmi və dəyəri açıqlanıb

2019.08.21 16:06 (UTC+04:00)

2019-cu ilin yanvar-iyun aylarında Azərbaycandan dəyəri 67 milyon 594,8 min ABŞ dolları olan 111 min 200 ton reaktiv mühərriklər və digər məqsədlər üçün istifadə olunan kerosin ixrac edilib. Dövlət Statistika Komitəsinin bu barədə yaydığı məlumatda bildirilir ki, 6 ayda ölkədən, həmçinin, 190 milyon 769,4 min dollarlıq 399,4 min ton ağır destilyatlar və ya digər məqsədlər üçün qazoyllar, 8 milyon 171,8 min dollarlıq 37 min 553,1 ton maye qaz, 11 milyon 648,3 min dollarlıq 117 min 300 ton neft koksu göndərilib.