Plastik kütlə və polietilen istehsalı artıb

2025.11.03 14:02 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında ölkədə 228,1 min ton ilkin formada plastik kütlə istehsal olunub ki, bu da bir il öncəki göstəricini 4 faiz və ya 8,7 min ton üstələyib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, istehsal edilən plastik kütlədən 113,8 min tonu polietilenin payına düşüb. 2024-cü ilin ilk 9 ayının göstəricisinə nisbətdə polietilen istehsalı 5,5 faiz və ya 5,9 min ton artıb.

Oktyabr ayının 1-nə hazır məhsul ehtiyatı plastik kütlə üzrə 21,5 min ton, polietilen üzrə isə 7,1 min ton təşkil edib.