“Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara veriləcək

2025.10.31 15:14 (UTC+04:00)

Energetika naziri Pərviz Şahbazov 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının (KES) Abşeron və Xızı sahələrində aparılan tikinti işləri ilə tanış olub.

Bu barədə nazir “X” sosial şəbəkə hesabında yazıb.

Bildirilib ki, stansiya yaxın vaxtlarda istismara hazır olacaq.