Hərracda 9 nəqliyyat vasitəsi satılıb

2025.10.28 18:00 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 9 nəqliyyat vasitəsi satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.

Dövlət əmlakı üzrə növbəti hərraclar 4,13,18 və 25 noyabr tarixlərində keçiriləcək.

Satışa çıxarılan əmlakın siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq mümkündür.

Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından seçim edə bilərlər.