Dövlət Vergi Xidməti onlayn sorğu keçirir

2025.10.08 17:30 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Kommersiya qurumunun və publik hüquqi şəxsin dövlət reyestrindən çıxarılması” xidməti üzrə istifadəçilərin təcrübəsini və rəyini öyrənmək məqsədilə onlayn sorğu keçirir.

Sorğunun keçirilməsində məqsəd xidmətin keyfiyyətini, istifadə rahatlığını və vətəndaş məmnunluğunu qiymətləndirməkdir. Sorğu anonim şəkildə aparılır və heç bir fərdi məlumat toplanmır.

Vergi ödəyiciləri və vətəndaşlar bu link vasitəsilə sorğuda iştirak etməklə xidmətin daha da təkmilləşdirilməsinə və istifadəçi rahatlığının artırılmasına öz töhfələrini verə bilərlər.