Sığorta bazarı böyüyüb

2025.10.27 17:02 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində ölkənin sığorta bazarı üzrə 1 157,2 milyon manat sığorta haqları yığılıb ki, bu da 2024-cü ilin müvafiq göstəricisini 13 faiz üstələyir.

Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, hesabat dövründə sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin məbləği ötən ilin ilk 9 ayına nisbətdə 23,5 faiz artaraq 683,896 milyon manat təşkil edib.