"İqtisadi zona" proqramının növbəti buraxılışı VİDEO

2025.10.20 12:32 (UTC+04:00)

- Vergi ödəyicilərinin işi asanlaşdı. “Sadələşdirilmiş verginin bəyannaməsi”nin öncədən doldurulması xidməti işə salındı. Yeniliyin əsas üstünlüyü nədir?

- Pulunuzu banka əmanət edərkən nəyə diqqət etməlisiniz? Banklar hansı əmanətlərə daha çox gəlir təklif edir?

- Xaricdən sifariş edilən dərmanların keyfiyyətinə necə nəzarət olunur?

Bu və digər xəbərlərlə İqtisadiyyat Nazirliyi yanında DVX-nin ATV kanalı ilə birgə layihəsi olan "İqtisadi zona" proqramının 19 oktyabr 2025-ci il tarixli buraxılışında tanış ola bilərsiniz. Verilişin qonağı İcbari Sığorta Bürosunun icraçı direktoru Vüsal Məsiyev Günel Bəhramqızının suallarını cavablandırıb.