Prezident İlham Əliyev “Azərbaycan Respublikasında statistika sahəsində çalışan işçilərin təltif edilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasında statistika işinin təşkilində səmərəli fəaliyyətlərinə görə bir qrup şəxs 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilib.