Litva Respublikasının Baş naziri Saulyus Skvernyalis bəyan edib ki, gələn ildən ətraf mühiti çirkləndirən avtomobillər üçün vergi tətbiq olunacaq. Ölkə Prezidenti Gitanas Nayseda isə belə bir verginin əleyhinədir. Onun fikrincə, sosial gərginliyi artıracağı üçün bu vergini tətbiq etməyə ehtiyac yoxdur. Dövlət başçısı belə hesab edir ki, əvvəlcə dəbdəbəli əşyalara vergi tətbiq etməkdən başlamaq lazımdır: "Ətraf mühitə buraxılan karbon dioksiddən asılı olaraq, avtomobillər üçün tutulan vergi artıq Avropanın bir çox ölkələrində qüvvədədir, lakin dəfələrlə dediyim kimi, Avropadakı vergiləri götürmək və necə var eləcə də Litva zəmininə köçürmək yalnız sosial yanlışlıq deyil, həm də təhlükəlidir. Çünki vergilərin çoxunu xarab avtomobil sürən vətəndaşlar ödəyirlər, ona görə yox ki, onlar, bağışlayın, mazoxistdirlər, ona görə ki, onların qazancı kifayət qədər deyil".