Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın Çin ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 28,1 faiz artaraq 3,4 milyard dollara yaxınlaşıb.
İxrac – idxal:
Azərbaycandan Çinə ixrac: 70,6 milyon dollar (+5,2 dəfə)
Çindən Azərbaycana idxal: 3,32 milyard dollar (+26,1 faiz)
Cari ilin ilk 9 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Çin ilə ticarətin payı 9,61 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 1,92 faiz bəndi çoxdur.
Mənbə: Dövlət Gömrük Komitəsi