Polad boruların istehsalında artım var

2025.10.20 10:53 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında ölkədə 145 min ton polad boru istehsal olunub.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə istehsal həcmi 2,1 dəfə və ya 77 min ton artıb.

Oktyabr ayının 1-nə hazır məhsul ehtiyatı 3 min ton təşkil edib.