2025-ci ilin yanvar-sentyabr ayları ərzində daşınmaz əmlak üzərində 265 369 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, qeydiyyata alınan mülkiyyət hüququnun 49 717-si (18,7 faizi) ilkin, 215 652-si (81,3 faizi) isə təkrar qeydiyyatın payına düşür.
Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində – 51 148, mənzil – 68 527, torpaq sahəsi – 136 091, qeyri-yaşayış binası – 2 290, qeyri-yaşayış sahəsi – 6 696, əmlak kompleksi – 519, çoxmərtəbəli yaşayış binası – 95 və çoxillik əkmələr üzərində – 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Qeydiyyata alınan mülkiyyət hüquqlarının 75 193-ü Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.
Bununla yanaşı cari ilin ilk 9 ayı ərzində 186 410 texniki pasport tərtib edilib, 44 760 ipoteka müqaviləsi qeydiyyata alınıb.