Zaqatalada sahibkarlarla görüş keçirilib

2025.10.17 17:23 (UTC+04:00)

Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) və Zaqatala Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sahibkarlığın inkişafına dəstək” mövzusunda görüş keçirilib.

Fondun məlumatına görə, görüşdə ABİF-in, İcra Hakimiyyətinin, müvəkkil kredit təşkilatlarının nümayəndələri və sahibkarlar iştirak ediblər. Tədbir çərçivəsində sahibkarlara Fondun güzəştli kredit və zəmanət-subsidiya mexanizmləri barədə məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.