Yanvar-sentyabr aylarında MDB ölkələri ilə ticarət dövriyyəsi 5,4 milyard dolları ötüb

2025.10.17 10:17 (UTC+04:00)

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 11,7 faiz artaraq 5,4 milyard dolları üstələyib.

İxrac – idxal:

Azərbaycandan MDB ölkələrinə ixrac: 1,3 milyard dollar (+4,8 faiz)

MDB ölkələrindən Azərbaycana idxal: 4,17 milyard dollar (+14 faiz)

Cari ilin ilk 9 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində MDB ölkələri ilə ticarətin payı 15,49 faiz təşkil edib ki, bu da bir il öncəki dövrün göstəricisindən 1,27 faiz bəndi çoxdur.

Mənbə: Dövlət Gömrük Komitəsi