Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsi 15 milyard dollara çatır

2025.10.16 16:41 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın Avropa İttifaqı ölkələri (Aİ) ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin müvafiq dövrünə nisbətdə 12,4 faiz artaraq 14,96 milyard dolları üstələyib.

İxrac – idxal:

Azərbaycandan Aİ ölkələrinə ixrac: 12,87 milyard dollar (+14 faiz)

Aİ ölkələrindən Azərbaycana idxal: 2,09 milyard dollar (+3,2 faiz)

Cari ilin ilk 9 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Aİ ölkələri ilə ticarətin payı 42,3 faiz təşkil edib ki, bu da bir il öncəki dövrün göstəricisindən 3,7 faiz bəndi çoxdur.

Mənbə: Dövlət Gömrük Komitəsi