Bu ilin iyul ayında Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi və onun yerli vergi orqanları muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə yoxlama və monitorinqlər aparıb. Nəticədə 6 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib və müvafiq tədbirlər görülüb.
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyindən verilən məlumata görə, operativ vergi nəzarəti tədbirləri zamanı 4 vergi ödəyicisinin "Fərqlənmə nişanı" olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması, 1 nəfərin vergi orqanlarında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu aşkarlanıb və qanunamüvafiq tədbirlər görülüb.
Ay ərzində müvafiq icra hakimiyyəti orqanları ilə birgə 19 işəgötürəndə aparılan araşdırmalar zamanı 68 əmək müqaviləsinin bağlanmasına nail olunub.