Bu ilin yanvar-sentyabr aylarında ölkənin xarici ticarət dövriyyəsinin həcmi 35 375,50 milyon ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq dövrünə nisbətən 2,5 faiz çoxdur.
Cari ilin ilk 9 ayında ixrac əməliyyatlarının dəyəri 18 606,49 milyon dollar, idxal əməliyyatlarının dəyəri isə 16 769,00 milyon dollar təşkil edib. Nəticədə ölkənin xarici ticarətində 1 837,49 milyon dollar məbləğində müsbət saldo yaranıb.