Vergilər nazirinin müavini Gədəbəydə vətəndaşları qəbul edəcək

2019.08.20 14:20 (UTC+04:00)

Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayon sakinlərinin nəzərinə!

Vergilər nazirinin müavini Mətin Eynullayev 26 avqust 2019-cu il tarixində Gədəbəy şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (ünvan: 20 Yanvar küçəsi, Kapital Bankın filialının yaxınlığında) Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən şəxslər 20-23 avqust 2019-cu il tarixlərində Şəmkir şəhərində yerləşən 14 saylı Ərazi Vergilər İdarəsinə, habelə Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin "195-1" Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.