2025-ci ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı (ÜDM) 1 199,7 milyon manat olub.
Muxtar Respublikanın Dövlət Statistika Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz çoxdur.
Hesabat dövründə əhalinin hər nəfərinə düşən ÜDM istehsalı 3,8 faiz artaraq 2544,0 manat təşkil edib.