Daha 57 dövlət əmlakı özəlləşdiriləcək

2019.08.20 13:41 (UTC+04:00)

Əmlak Məsələləri Dövlət Komitəsi sentyabrın 17-də növbəti hərrac keçirəcək. Həmin gün özəlləşməyə 57 dövlət əmlakı çıxarılacaq. Komitədən verilən xəbərə görə, onlardan 42-si kiçik dövlət müəssisəsi və qeyri-yaşayış sahəsi, 15-i səhmdar cəmiyyətidir. Hərraca çıxarılan əmlaklara onlayn sifariş vermək üçün bu linkə daxil olmağınız kifayətdir: http://privatization.az/

Dövlət əmlakları barədə ətraflı məlumatları qurumun rəsmi saytı (emdk.gov.az) və ya "Özəlləşdirmə portalı" (privatization.az) vasitəsilə əldə etmək mümkündür. Hərraclara qoşulmaq istəyən şəxslər operativ sifariş imkanları ilə seçdikləri əmlak üzrə hərracda iştirak statusu qazana bilərlər. Bunun üçün qeydiyyatdan keçmək və müvafiq dövlət əmlakının ilkin qiymətinin 10 faizi miqdarında beh ödəmək kifayətdir.

Qeyd edək ki, hərraclar hər həftənin çərşənbə axşamı saat 10:00-da Əmlak Xidmətləri Məkanında keçirilir.