Ölkə əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri açıqlanıb

2025.10.15 15:04 (UTC+04:00)

2025-ci ilin yanvar-sentyabr aylarında ölkə əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,1 faiz artaraq 10 563,1 milyon manat olub.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, hüquqi şəxslər tərəfindən əhaliyə 7 942,9 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,2 faizini təşkil edib.

Hesabat dövründə hər bir ölkə sakini orta hesabla 1 031,6 manatlıq və ya 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə nominal ifadədə 142,3 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.