Bu ilin yanvar-sentyabr aylarında ölkə üzrə pərakəndə elektron ticarət dövriyyəsi 169,8 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, bu, ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətdə real ifadədə 71,1 faiz çoxdur.
Qeyd edək ki, qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən pərakəndə ticarət şəbəkəsində satılan malların dəyəri 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 3,8 faiz artaraq 46 310,7 milyon manata bərabər olub, onun 46,2 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Pərakəndə ticarət dövriyyəsinin 0,37 faizi informasiya sistemləri (internet, ekstranet və s.) üzərindən aparılan alqı-satqı əməliyyatlarının payına düşüb.