Avropanın və dünyanın ən iri polad istehsalçılarından olan "ArcelorMittal" rəhbərliyi Avropa Komissiyasına qitənin polad sənayesinin təhlükə altında olduğunu bildirərək, iyulun 1-də qəbul edilmiş 5 faizlik vergi artımını təxirə salmağı və ya ləğv etməyi xahiş etmişdi. Bu xahişi nəzərə alan Avropa Komissiyası planlaşdırılmış gömrük vergisindən azad polad kvotasının artırılmasını ABŞ-ın əlavə gömrük vergilərindən qorunmaq üçün 5 faiz səviyyəsindən 3 faiz səviyyəsinə endirdiyini bəyan edib.
Komissiya, həmçinin, yayılmış polad idxalı kvotasının 30 faizini keçən ölkələrə məhdudiyyət qoymağı da planlaşdırıb ki, Avropa İttifaqına böyük miqdarda polad ixrac edən ölkələrin, o cümlədən Türkiyənin də bu addımın təsirinə məruz qalacağı gözlənilir.