"İqtisadi zona" proqramının növbəti buraxılışı VİDEO

2025.10.14 18:05 (UTC+04:00)

- Əmək müqavilələrinin sayı yarım milyona yaxın artıb. Dövlət Vergi Xidməti təşviqedici vergi siyasətinin əmək bazarına təsirini açıqlayıb.

- Gələn ildən ölkəmizdə də faizsiz bankçılıq tətbiq oluna bilər. İslam maliyyəsi hansı şərtlərlə işləyir?

- Köhnə maşınların utilizasiyası proqramına maraq necədir? Layihə başlayandan nə qədər insan köhnə avtomobilini təhvil verib?

Bu və digər xəbərlərlə İqtisadiyyat Nazirliyi yanında DVX-nin ATV kanalı ilə birgə layihəsi olan "İqtisadi zona" proqramının 12 oktyabr 2025-ci il tarixli buraxılışında tanış ola bilərsiniz. Verilişin qonağı “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədr müavini Sabit Zeyniyev Günel Bəhramqızının suallarını cavablandırıb.