Qızıl və gümüş hasilatında artım qeydə alınıb

2025.10.14 19:00 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında ölkədə 2 349,0 kq qızıl və 2 984,3 kq gümüş hasil edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ötən ilin eyni dövrünün göstəricilərinə nisbətdə qızıl hasilatı 34,1 faiz və ya 596,9 kq, gümüş hasilatı isə 29,3 faiz və ya 676,3 kq artıb.

Cari ilin oktyabr ayının 1-nə qızıl və gümüş üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 142,2 kq və 759,1 kq təşkil edib.