Dövlət büdcəsinin icrasında 4,4 milyard manatdan çox profisit yaranıb

2025.10.14 16:36 (UTC+04:00)

2025-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin gəlirləri 29 142,4 milyon manat, xərcləri 24 668,2 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, büdcənin icrasında 4 474,2 milyon manatlıq və ya ümumi daxili məhsulun 4,7 faizi qədər profisit yaranıb.