Qeyri-neft-qaz sektorunda sənaye məhsulu istehsalı 4,8 faiz artıb

2025.10.14 17:08 (UTC+04:00)

2025-ci ilin yanvar-sentyabr aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 47,3 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz az sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, neft-qaz sektorunda məhsul istehsalı 1,9 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 4,8 faiz artıb.

Sənaye məhsulunun 60,9 faizi mədənçıxarma sektorunda, 32,7 faizi emal sektorunda, 5,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.