Vergilər nazirinin birinci müavini Naftalanda vətəndaşları qəbul edəcək

2019.08.20 11:30 (UTC+04:00)

Goranboy, Göygöl, Samux, Daşkəsən, Kəlbəcər rayonları, habelə Gəncə və Naftalan şəhər sakinlərinin nəzərinə!

Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov 23 avqust 2019-cu il tarixində Naftalan şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (ünvan: Ş.Qurbanov küçəsi, Maliyyə şöbəsinin binasının yanında) Goranboy, Göygöl, Samux, Daşkəsən, Kəlbəcər rayonları, habelə Gəncə və Naftalan şəhərlərindən olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 20-22 avqust 2019-cu il tarixlərində Gəncə şəhərində 12 saylı Ərazi Vergilər Departamentinə, habelə Naftalan şəhəri və Goranboy rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin "195-1" Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.