13–23 oktyabr tarixlərində Xəzər dənizi və daxili su hövzələrində balıq ehtiyatlarının elmi əsaslarla öyrənilməsi və düzgün qiymətləndirilməsi məqsədilə ekspedisiya keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ekspedisiya zamanı Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşları, türkiyəli alimlər və Zoologiya İnstitutunun mütəxəssisləri birgə fəaliyyət göstərəcəklər.
Tədqiqatın məqsədi balıq və digər su bioresurslarının populyasiyasını, biomüxtəlifliyi və ekoloji vəziyyəti qiymətləndirmək, elmi məlumatlar əsasında 2026-cı il üçün balıq ov kvotalarını müəyyən etməkdir.
Ekspedisiya nəticələri əsasında hazırlanacaq məlumatlar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim ediləcək.