Reklam fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi istehlakçıların mal və xidmətlər barədə düzgün məlumat əldə etməsini təmin edir, sahibkarların ədalətli rəqabət şəraitində fəaliyyət göstərməsinə imkan yaradır.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatına görə, bu ilin yanvar-avqust ayları ərzində qanunsuz reklamların yayımı ilə əlaqədar 100 müraciətə baxılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 faiz çoxdur.
Reklam qanunvericiliyinə nəzarət ilə əlaqədar baxılan müraciətlərin sahələr üzrə bölgüsü:
Xidmət – 44
Ticarət – 13
İctimai iaşə - 12
Qeyri qida – 9
Qida – 2
Dərman vasitələri və tibbi avadanlıqlar – 2
Tütün məmulatları – 1
Digər – 17