İstehlak qiymətləri indeksi açıqlanıb

2025.10.10 14:44 (UTC+04:00)

Bu ilin sentyabr ayında istehlak qiymətləri indeksi 2024-cü ilin sentyabr ayına nisbətən 105,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 107,9 faiz, qeyri-qida məhsulları üzrə 102,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 105,3 faiz təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, sentyabrda istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,1 faiz, yanvar-sentyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,7 faiz olub.

2025-ci ilin sentyabr ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,8 faiz, yanvar-sentyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 106,7 faiz təşkil edib.