Qazaxıstanın Sahibkarlığın İnkişafı Fondu - DAMU ilə görüş keçirilib

2025.10.10 10:20 (UTC+04:00)

Azərbaycan Biznesinin İnkişafı Fondunda (ABİF) Qazaxıstan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (DAMU) nümayəndələri ilə görüş keçirilib.

ABİF-in məlumatına görə, görüşdə sahibkarlıq subyektlərinin güzəştli maliyyə mexanizmləri ilə dəstəklənməsi istiqamətində görülən işlər müzakirə edilib. Həmçinin qurumlar arasında imzalanan memorandum çərçivəsində görülən işlərə, əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 2019-cu ildən etibarən ABİF-lə əməkdaşlıq edən DAMU Qazaxıstanda KOB subyektlərinin iqtisadi inkişafını stimullaşdırmaq, onları dəstəkləmək üçün dövlətin maliyyə vəsaitlərindən effektiv istifadəni artırmaq məqsədilə fəaliyyət göstərir.