Azərbaycan ilə Küveyt arasında iqtisadi əlaqələr genişlənir

2025.10.09 10:52 (UTC+04:00)

“Küveyt Dövlətinə işgüzar səfərimiz zamanı bu ölkənin maliyyə naziri, elektrik enerjisi, su və bərpaolunan enerji naziri, eyni zamanda iqtisadi məsələlər və sərmayə üzrə dövlət naziri vəzifəsini icra edən və Küveyt İnvestisiya Qurumunun Direktorlar Şurasının sədri Subaih Abdul Əziz Abdul Muhsen Al-Muxaizim ilə görüşməkdən məmnun olduq.

Ölkəmizin əlverişli investisiya mühiti barədə məlumat verərək Azərbaycan ilə Küveyt arasında iqtisadi əlaqələrin genişləndiyini vurğuladıq. Ticarət, turizm, ənənəvi və bərpaolunan enerji, kənd təsərrüfatı, nəqliyyat və tranzit sektorlarında işbirliyi imkanlarını qeyd etdik”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.