KOBİA bazar araşdırmaları üçün müraciətlərə başlayıb

2019.08.19 19:10 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) mikro, kiçik və orta sahibkarlıq subyektlərinin daxili bazar araşdırmalarına dövlət dəstəyinin göstərilməsi üçün müraciətlərin qəbuluna başlayıb. Sahibkarlıq subyektləri maraqlı olduqları sahələr üzrə daxili bazar araşdırmalarının aparılması üçün Agentliyə müraciət edə bilərlər. Sahibkarlara kömək məqsədilə nümunəvi ərizə forması və tələb olunan sənədlərlə bağlı məlumatlar KOBİA-nın rəsmi internet səhifəsində (http://smb.gov.az/nav/daxili-bazar-arasdirmalari) yerləşdirilib.