Azərbaycan və Oman arasında qarşılıqlı sərmayələrin təşviqi imkanları dəyərləndirilib

2025.10.08 12:04 (UTC+04:00)

“Oman Sultanlığına işgüzar səfərimiz çərçivəsində bu ölkənin maliyyə naziri, Oman İnvestisiya Qurumunun sədri Sultan bin Salem Al Habsi və Qurumun prezidenti cənab Abdulsalam bin Məhəmməd Al Murşidi ilə biznes tərəfdaşlığının prioritetləri barədə müzakirələrimiz oldu.

Azərbaycan və Oman arasında qarşılıqlı sərmayələrin təşviqi, həmçinin regional səviyyədə birgə investisiya fəaliyyətinin genişləndirilməsi, işgüzar əlaqələrin gücləndirilməsi üçün əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi imkanlarını dəyərləndirdik”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.