Vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb

2025.10.07 10:03 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən vakant vəzifələrə işə qəbulla bağlı keçirilən müsabiqənin ikinci mərhələsi – müsahibə mərhələsində digər ixtisas sahələri üzrə iştirak edən daha bir qrup namizədin nəticələri müəyyənləşib.

Müsahibədə iştirak hüququ qazanan 52 nəfər namizəddən 22 nəfəri uğurlu nəticə göstərib. Uğur qazanan namizədlər DVX-nın kadr ehtiyatı bazasına daxil edilərək vakant vəzifələrə təyin olunacaq.

Müsabiqənin nəticələri barədə ətraflı məlumatla buradan tanış olmaq mümkündür.