Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılmış islahatlar nəticəsində ölkəmizdə iqtisadi mühit təkmilləşib, sahibkarların rəqabət qabiliyyəti artıb, ölkənin beynəlxalq nüfuzu güclənib, yerli və xarici investisiyaların cəlbi üçün əlverişli şərait yaranıb. Avqustun 8-də ABŞ-də sülh gündəliyinə imza atılması bu prosesləri daha da sürətləndirir. Bu razılaşma tranzit əlaqələrinin güclənməsinə şərait yaradacaq, həmçinin ölkə iqtisadiyyatına marağı artıracaq.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən II Milli Rəqabət Forumunda bildirib.
Nazir vurğulayıb ki, regional inteqrasiyanın güclənməsi ölkəmizin iqtisadi inkişafına, qeyri-neft sektorunun diversifikasiyasına və uzunmüddətli rəqabət qabiliyyətinin möhkəmlənməsinə mühüm töhfələr verəcək.