Meyvə şirəsi ehtiyatının həcmi açıqlanıb

2025.10.03 11:00 (UTC+04:00)

Bu ilin yanvar-avqust aylarında ölkədə 2 789,8 min dekalitr meyvə şirələri istehsal edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü ilin eyni dövrünün göstəricisinə nisbətdə istehsal həcmi 3,4 faiz və ya 91,9 min dekalitr artıb.

Sentyabr ayının 1-nə hazır məhsul ehtiyatı 476,6 min dekalitr təşkil edib.