Səudiyyə Ərəbistanına məhsul ixracında ciddi artım qeydə alınıb

2025.10.01 18:22 (UTC+04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın Səudiyyə Ərəbistanı ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 2,4 dəfə artaraq 42,5 milyon dolları üstələyib.

İxrac – idxal:

Azərbaycandan Səudiyyə Ərəbistanına ixrac: 10,4 milyon dollar (+4,5 dəfə)

Səudiyyə Ərəbistanından Azərbaycana idxal: 32 milyon dollar (+2,1 dəfə)

Cari ilin ilk 8 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Səudiyyə Ərəbistanı ilə ticarətin payı 0,13 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi