- Oktyabrın 1-dən muzdlu işlə bağlı vahid bəyannamə şəxsi kabinetdən təqdim olunacaq.
- Mərkəzi Bankın qərarı ilə kredit kartı alanda limitə məhdudiyyət qoyulur. Bəs bu limiti artıranda vətəndaşın ödəniş qabiliyyəti yenidən araşdırılırmı?
- Bəzi qurumlarda pensiya yaşına az qalmış şəxsləri işdən çıxarırlar. Qanun bununla bağlı nə deyir?
- Ələt Azad İqtisadi Zonasında hava limanı nə zaman işə düşəcək? Burada vergisiz və gömrüksüz biznes qurmaq üçün əsas tələblər nədir?
- Paytaxtda əmlak bazarında bahalaşma sürətlənir. Bəs Bakı ətrafında evlərin qiyməti necədir?
Bu və digər xəbərlərlə İqtisadiyyat Nazirliyi yanında DVX-nin ATV kanalı ilə birgə layihəsi olan "İqtisadi zona" proqramının 28 sentyabr 2025-ci il tarixli buraxılışında tanış ola bilərsiniz. Verilişin qonağı Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov Günel Bəhramqızının suallarını cavablandırıb.