Son dövrlərdə iqtisadiyyatında canlanma müşahidə edilən Vyetnamda xüsusi diqqət yetirilən sahələrdən biri də elektron hökumət quruculuğu, o cümlədən vergi xidmətlərinin elektronlaşdırılmasıdır. Hökumət Dəftərxanası sədrinin müavini Nquyen Kao Luk bu mövzuda keçirilmiş iclasda bildirib ki, 2019-2020-ci illərdə və perspektivdə 2025-ci ilə qədər elektron hökumətin inkişafı üzrə bəzi əsas vəzifə və tədbirlər haqqında sərəncamı yerinə yetirən aidiyyəti orqanlar sənədlərin elektron formada göndərilməsi və qəbul edilməsi, elektron imzanın tətbiqi sahəsində işlərini canlandırmış, eləcə də bir çox əməliyyatları elektron sistem vasitəsilə həyata keçirmişlər: "Nazirliklər və aidiyyəti orqanlar texniki təchizatı gücləndirməli, sənədlərin, eləcə də hüquqi şərtlərə uyğun olaraq elektron imzadan istifadənin idarə edilməsi məqsədilə proqram təminatını yeniləməlidirlər".