Neft məhsullarının pərakəndə satışı zamanı ƏDV-nin hesablanması

2019.08.16 15:41 (UTC+04:00)

Mövzu ilə bağlı daxil olan müraciətlərə Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsi açıqlama verib.

Vergi Məcəlləsinin 161.1-ci maddəsinə uyğun olaraq, vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir.

Həmin maddədə ƏDV tutulan malın dəyəri müəyyən edilərkən yol vergisinin çıxıldığı bildirilir. Qeyd olunanlara əsasən, neft məhsullarının pərakəndə satış qiymətindən ödənilmiş yol vergisi çıxıldıqdan sonra qalan məbləğ ƏDV-li satış məbləği olduğundan, həmin məbləğdən ƏDV-nin hesablanması həyata keçirilir.