Belarusla iqtisadi əlaqələrin inkişafı imkanları müzakirə edilib

2025.09.17 16:51 (UTC+04:00)

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Belarus Respublikasının sənaye nazirinin müavini Denis Bakeylə görüşüb.

Görüşdə qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Belarus münasibətlərinin inkişaf etdiyi vurğulanıb, iqtisadi əlaqələrin perspektiv istiqamətləri barədə müzakirə aparılıb. Azərbaycanla Belarus arasında iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsi, sənaye, əczaçılıq, kənd təsərrüfatı və s. sahələrdə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Tərəflər əməkdaşlığın müxtəlif istiqamətlər üzrə genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.