Bakı limanında konteyner dövriyyəsi 50 faizədək artıb

2025.09.12 10:50 (UTC+04:00)

Bu ilin yanvar-avqust ayları ərzində Bakı Limanında 70 min TEU-ya yaxın konteyner aşırılıb.

“Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin məlumatına görə, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisinə nisbətən 48 faiz çoxdur.

Cari ilin sonuna limandakı konteyner aşırmalarının ötən ilin göstəricisini böyük həcmdə üstələyəcəyi gözlənilir.