Avropa İttifaqında maliyyə bazarlarının öyrənilməsi üzrə ixtisaslaşmış "Provident Penz" şirkətinin 7 ölkədə: Litva, Çexiya, Macarıstan, Danimarka, Polşa, Rumıniya və İspaniyada apardığı sosioloji tədqiqatın nəticələrinə əsasən, maliyyə xidmətləri sahəsində öz startap layihələrini istifadəyə verməyə, bu sahədə biznes fəaliyyətinə başlamağa hazır olan gənclər üçün iş seçimində yüksək əməkhaqqı və sərbəst iş saatları ən mühüm amillərdir.
AZƏRTAC-ın yaydığı məlumata görə, 18-25 yaşlarında 500 respondentin iştirak etdiyi sorğu nəticəsində məlum olub ki, gənclərin 70 faizi sahibkarlığı öz gələcək fəaliyyət sahəsi hesab edir. Respondentlərin 50 faizi şəxsi və ya korporativ maliyyə vəsaitlərinin idarə olunması üçün ixtisas təhsili almağı zəruri hesab edir.