2025-ci ilin yanvar-avqust ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 387.575 şəxs qəbul edilib, onlara 617.427 sayda xidmət göstərilib ki, bunun da 215,7 mindən çoxu şifahi xidmət (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar suallarının cavablandırılması), 140,8 mindən çoxu elektron xidmət (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) olub.
Aşağıda qeyd olunan 9 xidmət dövr ərzində göstərilmiş ümumi (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) xidmətlərin 89,4 faizini təşkil edib:
Hesabat dövründə vergi ödəyicilərindən daxil olmuş 22,7 mindən çox yazılı müraciət cavablandırılıb, 18,2 milyondan artıq məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib.
Dövr ərzində 2.530 vergi ödəyicisinin iştirakı ilə 257 görüş keçirilib, 3.321 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib.
Vergi ödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 1 milyon 944 mindən artıq SMS göndərilib.
Dövr ərzində ümumilikdə 210.112 müraciət üzrə 319.995 Asan İmza sertifikatı verilib.