Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 20 mln. manatdan çoxu vətəndaşlara qaytarılıb

2025.09.08 12:02 (UTC+04:00)

Azərbaycan Respublikası ərazisində bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı layihə uğurla davam etdirilir. 2025-cü ilin yanvar–avqust aylarında yaşayış və qeyri-yaşayış sahələrinin alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılan həcmi 20 milyon 176,6 min manat təşkil edib.