Ölkə ərazisində 108 mindən çox yeni nəsil NKA quraşdırılıb

2025.09.05 12:18 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 108.255 ədəd yeni nəsil NKA quraşdırılıb. Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2025-ci ilin yanvar-avqust aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 17 milyard 637 milyon manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,9 milyard manat, yaxud 12,3 faiz çoxdur.