Etilen və propilen istehsalının həcmi açıqlanıb

2025.08.29 15:22 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında ölkədə 94,4 min ton etilen, 85 min ton propen (propilen) istehsal edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü ilin eyni dövrünün göstəricisinə nisbətdə etilen istehsalı 8,1 faiz, propilen istehsalı isə 2 faiz artıb.

Avqust ayının 1-nə hazır məhsul ehtiyatı etilen üzrə 1,1 min ton, propilen üzrə isə 1 min ton təşkil edib.