Lak-boya məmulatlarının istehsalı artıb

2025.08.29 11:56 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında ölkədə 21,9 min ton lak-boya məmulatları istehsal olunub.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faizlik artım qeydə alınıb.

Avqust ayının 1-nə hazır məhsul ehtiyatı 551,9 ton təşkil edib.